1. Bir yerdən başqa bir yerə aparılan mal və s.dən alınan rüsum, vergi.
2. Qalibin məğlubdan aldığı təzminat, vergi.
3. Məcazi mənada: intiqam, qisas, əvəz çıxma. (“Koroğlu” dastanının lüğəti)
Bu yeddi ilin ərzində bir tacir, bir bəzirgan mənə bac verməmiş bu həndəvərdən keçə bilməyib. (“Koroğlu ilə Dəli Həsən”)
*
Tacir deyiləm bac alasınız, paşa deyiləm öc. (“Koroğlunun İstanbul səfəri”)
*
Dağıstandan çıxdım bahar fəslində,
Gəzə-gəzə bu diyara yetişdim,
Bac vermədim, düşmanlardan bac aldım,
Çoxun saldım ahu zara, yetişdim.
(“Koroğlunun Dərbənd səfəri”)